"Neftçi"nin futboluçusu Donald Gerye Premyer Liqanın VII turunda "Səbail"i məğlub etdikləri (2:1) oyundan sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, müdafiə öncə bunları söyləyib:
- Formaya düşməyin yeganə yolu çox çalışmaqdır. Bunu son müsahibəmdə də demişdim. Çox çalışdıq və bu gün nəticəni gördünüz.
- Komandanın oyunundan razı qaldınız?
- Təbii ki, biz qalib gəldik. Narazı ola bilmərəm. Əgər heç-heçə etmiş olsaydıq, xoşbəxt olmazdıq. Qələbə qazandıq və buna görə meydana çıxmışdıq.
- Komandaya uyğuğlaşmaqda probleminiz yoxdur? “Qarabağ” üçün darıxmırsınız?
- (gülür) Məncə, “Qarabağ” mənim üçün darıxır.
- “Qarabağ”ın oyunlarını izləyirsiniz?
- Əlbəttə. Mən bu klubda oynamışam. Avropadakı oyunlarını izləyirəm.
- “Neftçi” qol burxadıqdan sonra müdafiədə oturdu. Bu komandanın öz meydanında müdafiəyə çəkilməsi nə deməkdir?
- Mən deməzdim ki qorxurduq. Biz də insanıq, yorula bilərik. Sona qədər vuruşduq, layiqli qələbə qazandıq.