“Neftçi”nin futbolçusu Anton Krivotsyuk “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur matçını dəyərləndirib.
Sportnet.az xəbər verir ki, gənc müdafiəç oyunun asan keçmədiyini bildirib. İkinci qolun müəllifi Azərbaycan dilini öyrənməsindən də danışıb:
“Biz tam olaraq oyuna köklənmişdik. Bununla belə, asan qələbə olmadı. Ardıcıl iki qələbədən sonra komandadakı ab-hava yaxşılaşıb. Ümid edirəm ki, çempionatdakı fasilə oyunumuza mənfi təsir etməyəcək. Artıq 1,5 ildir Azərbaycan dilini öyrənirəm. Dərslərə kifayət qədər vaxt ayırmağa çalışıram. Ümid edirəm, bu yaxınlarda müsahibələrəmi Azərbaycan dilində verə biləcəyəm”.