Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu daha bir uğura imza atıb.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VII turun növbəti, Lüksemburqa (3:0) qarşı oyunda növəbti qolunu vurub. İtaliya "Yuventus"unda çıxış edən oyun peşəkar karyerasında 700-cü qoluna imza atıb.
Qeyd edək ki, "Qızıl top"un beşqat sahibi 973 oyun keçirib və onların 458-ində qol vurub. Toplam olaraq o, 12 müxtəlif yarışda qol vurub. Klub səviyyəsində o "Yuventus"un heyətində çıxış edir.