Türkiyə Super Liqasının IX turunda "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, oktyabrın 27-də "Vodafone Park"da təşkil olunacaq qarşılaşma Mete Kalkavana tapşırılıb. Ona Ceyhun Sesigüzel və Esat Sancaktar yan xətt, Atilla Karaoğlan dördüncü hakim qismində yardım edəcək. VAR hakimlərinə isə Cüneyt Çakır başçılıq edəcək.
Qeyd edəcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.