Hazırda vətəni Ukraynada “Kapratı”nın formasını geyinən futbolçu Yaroslav Deda “Qarabağ”da çıxış etdiyi dövrlə bağlı xatirələrini bölüşüb.
Sportnet.az xəbər verir ki, 20 yaşlı hücumçu klubun rəsmi saytına müsahibəsində Azərbaycan vətəndaşlığı təklifindən imtina etdiyini bildirib.
O, valideynləri ilə məsləhətləşdikdən sonra belə qərara gəldiyini söyləyib: "2017-ci ilin noyabrında vətəndaşlığımı dəyişməyi təklif etdilər. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna üçün oynamaq istəyirəm”.
Deda "Qarabağ"a keçidinin səbəbini də açıqlayıb: "Bu klubun adını eşidəndə, bir dəqiqə belə düşünmədim. Çünki Çempionlar Liqasında oynamaq perspektivi yaranmışdı. Bu səfər mənə çox şey verdi. Azərbaycanda mentalitet bizimkindən fərqlənir. Hərçənd, ilk günlərdə heç bir problem yox idi. İki ay ərzində uyğunlaşdım və özümü evdəki kimi hiss etdim".
Qeyd edək ki, Yaroslav Deda 2017/2018 mövsümündə “Qarabağ”ın U-19 komandasında çıxış edib. O, Ağdam təmsilçisinə UEFA Gənclər Liqasında kömək etmək üçün heyətə cəlb olunmuşdu.