“UEFA-nın milli komandamıza və klublarımıza yönəlmiş haqsız və siyasi davranışı, ayrı-seçkiliyi rədd edirik”.
Sportnet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən əvvəl məbuat üçün açıqlamasında deyib.
Türkiyə prezidenti Avropa futbol qurumunun Türkiyə yığmasına qarşı intizam işi açmasını qanunsuzluq adlandırıb: “Fransa idmançısı ölkəsinin prezidentinə əsgər salamı verəndə onu qınamadılar. Qol vurduqdan sonra hərbi salam verən idmançılarımız bağlı ağla, xəyala gəlməyəcək dərəcədə tənqid edilir, hətta onlara qarşı nizam-intizam araşdırması aparılır. Bu, açıq-aşkar qanunsuzluqdur”.
Qeyd edək ki, Ərdoğan Türkiyə - Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcək. (Report)