Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Portuqaliyanın "Pasuş de Ferreyra" komandasının heyətində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 20 yaşlı hücumçu XI turda "Tondela"ya qarşı ev oyununda forma geyinib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dadaşov 45+1-ci dəqiqədə meydana daxil olub. Komandalar matçı qırmızı vərəqələr üzündən hərəyə 10 oyunçu ilə başa vurmalı olublar.
Bu qələbədən sonra "Pasuş de Ferreyra" xallarını 8-ə çatdıraraq, 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Renat Dadaşov Azərbaycan millisinin noyabrın 16-da Bakıda Uels, noyabrın 19-d isə Trnavada Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə oyunlarına çağırılıb.