Futbol üzrə Çili millisi Peru ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.
Sportnet.az Çili Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rədd cavabı yığmanın noyabrın 13-dəki iclasında verilib.
Bildirilib ki, milliyə çağırılan oyunçular noyabrın 19-da Lima şəhərində keçiriləcək Peru ilə yoldaşlıq oyununda iştirak etməmək qərarına gəliblər. Qarşı tərəf bu barədə məlumatlandırılıb.
Kapitan Qari Medel şəxsi "Instagram" səhifəsində qərarın Çilidəki vəziyyətə görə verildiyini bildirib. Ölkədə hakimiyyətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə görə etiraz aksiyaları davam edir.