
"Zirə"nin futbolçusu Robin Nqalande Malavi millisinin heyətində növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, 27 yaşlı hücumçunun komandası Afrika Millətlər Kubokunun seçmə oyununda Uqandanın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Nqalande matçın son 22 dəqiqəsində meydanda olub.