Azərbaycanın futbol üzrə əsas milli komandasının meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Sportnet.az xəbər verir ki, o, Bratislavada UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Slovan” (Slovakiya) – “Reyncers” (Şotlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Matç noyabrın 27-də baş tutacaq.