Ukraynanın "Şaxtyor" klubu Premyer Liqanın XIV turunda Kiyev "Dinamo"su ilə oyun zamanı rusca səsləndirilən elana görə cərimələnib. Sportnet.az-ın məlumatına görə. Donetsk təmsilçisi 20 min qrivna (təqribən 1400 manat) ziyana düşüb.
Qarşılaşmanın gedişində baş hakim Nikolay Balakin Xarkovdakı "Metallist" stadionunda azarkeşlərin iqrçi şüarlar səsləndirmələrinin yolverilməzliyi barədə bir neçə dəfə sorğu verib. Müvafiq xəbərdarlıq rusca səsləndirilib.
Qeyd edək ki, görüş "Şaxtyor"un qələbəsi ilə yekunlaşıb - 1:0. İkinci hissədə komandanın kapitanı Tayson irqçi zəmində təhqirə məruz qalıb. O, azarkeşlərin ünvanına xoşagəlməz jest edib. Buna görə də futbolçu qırmızı vərəqə alıb.