Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Aue"nin heyətində Almaniyanın II Bundesliqasında növbəti qolunu vurub.
Sportnet.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi XIV turun "Sankt Pauli" ilə ev oyununda fərqlənib. Meydana start heyətində çıxan Nazarov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu, təcrübəli oyunçunun çempionatda 6-cı qolu olub.
Görüş "Aue"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nazarov 80-ci dəqiqədə əvəzlənib.
Bu qələbə sayəsində azərbaycanlı futbolçunun komandası 23 xalla 3-cü pilləyə