"Real”ın
prezidenti Florentino Perez "Barselona”nın hücumçusu Lionel Messinin xidmətində
maraqlıdı. Sportnet.az-ın məlumatına görə, Perez futbolçuya mailiyyə baxımından
çox cəlbedici bir təklif irəli sürüb.
"Kral klubu”nun Messiyə ilinə 25 milyon avro təklif etdiyi bildirilir. Bundan əlavə, "Adidas” firması da bu transferin gerçəkləşəcəyi təqdirdə futbolçuya çox ciddi bir məbləğdə pul ödəyəcəyini qeyd edib. Buna baxmayaraq Messinin bu təklifdən imtina etdiyi söylənilir.
Qeyd edək ki, bir neçə gün
əvvəl Messi Argentina mətbuatına müsahibəsində gələcəkdə katalon klubunu tərk
edə biləcəyini gizlətməyib. Bu müsahibə isə İspaniyada və "Barselona” klubunda müzakirələrə səbəb olub. Lakin argentinalının atası
Xorxe Messi futbolçunun "Barselona”da xoşbəxt olduğunu bildirərək klub
prezidenti Xose Mario Bartomeunu sakitləşdirib.