
"Neftçi” klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 7-də Bakıda bir araya gələcək komandanın üzvləri ayın 8-dən 10-dək fiziki testlər verəcəklər.
Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək "ağ-qaralar” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq.
"Neftçi” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 15-i, 20-si və 24-ü baş tutacaq. İlk rəqib Polşanın "LKS Lodz” klubu olacaq. Digər rəqiblər daha sonra bəlli olacaq.