Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkə yığmasının AVRO-2020-də A qrupuna düşəcəyini hələ püşkatma öncəsi proqnoqlaşdırıb.
Sportnet.az xəbər verir ki, bu barədə NTV-nin idman şərhçisi Rıdvan Dilmen açıqlamasında bildirib.
"Yayıma çıxmamışdan öncə Ərdoğanla danışdım. O, TANAP-ın açılışında "Qazprom"un rəhbəri Aleksey Millerə "İnşallah, Bakı - Roma qrupuna düşərik" söyləyib. Qəlbi təmiz imiş. Türkiyə millisinin iki matçı Bakıda olacaq. Əslində ölkəmizin istədiyi kimi oldu. Bakıda 10 gün qalacağıq" deyə Dilmen vurğulayıb.
Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin açılış matçında İtaliya ilə qarşılaşacaq. Görüş iyunun 12-də Roma şəhərindəki "Olimpiko" stadionunda keçiriləcək. Daha sonra Azərbaycan paytaxtına səfər edəcək "ay-ulduzlular" iyunun 17-də Bakı Olimpiya Stadionunda Uelslə, iyunun 21-də isə İsveçrə ilə üz-üzə gələcək.