İtaliya
"İnter" klubunun yeni baş məşqçisi Roberto Mançini "Barselona"nın sabiq
futbolçusu Karles Puyolun onun köməkçisi olmasını istəyir. Sportnet.az-ın məlumatına görə, bu haqda "La Gazzetta dello Sport" məlumat yayıb.
49 yaşlı mütəxəssis Puyolla tanışlığı olmamasına baxmayaraq, ona zəng edib və
təklifini irəli sürüb. 36 yaşlı keçmiş müdafiəçi isə məşqçilik lisenziyası
olmadığından italyan çalışdırıcının təklifini geri çevirib. Puyol karyerasını
bitirməsinə baxmayaraq, müqavilə öhdəlikləri ilə hələ də
"Barselona"ya məxsusdur.
Qeyd edək ki, "İnter” Avropa Liqasında "Qarabağ”la eyni qrupda mübarizə aparır.