"Qarabağ”ın
Avropa Liqasında rəqibi olan "İnter” daha bir futbolçunun xidmətində maraqlıdı.
Sportnet.az-ın məlumatına görə, Milan təmsilçisi indi də "Fənərbağça” klubunu
yarımmüdafiəçisi Caner Erkini heyətinə qatmaq istəyir.
"İnter”
klubunun yeni baş məşqçisi Roberto Mançini 26 yaşlı futbolçunu öz komandasında
görmək istəyir. İtaliya məşqçi hələ "Qalatasaray”a rəhbərlik etdiyi müddətdə Canerin
oyunundan xoşu gəlib.
Qeyd edək ki, Caner Erkinin "Fənərbağça” ilə müqaviləsi 2016-cı ilin yayına kimidir.