Ukrayna "Aleksandriya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Pavel Paşayev cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi "Vorskla" ilə Premyer Liqanın XVII tur matçının (3:0) 17-ci dəqiqəsində sarı vərəqə alıb. Nəticədə o, vərəqə limitini doldurub.
"Aleksandriya" növbəti turda "Dnepr-1"in qonağı olacaq. Görüş dekabrın 15-də "Dnepr Arena"da keçiriləcək.