"Sabah" klubu futbolçusu Hendrik Ekşteynlə yollarını ayırıb.
Sportnet.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasından olan 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Sabah" bu ilin iyununda Ekşteynlə 2 illik müqavilə bağlamışdı. O, qış fasiləsində komandanı tərk edən ilk futbolçu olub.