
Xorvatiyada
təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan
yığması növbəti yoldaşlıq oyunu keçirib.Sportnet.az-ın məlumatına görə, NK "Slaven Belupo” klubunun U-18 komandası ilə
qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.
Pilağa Mehdiyevin dubl etdiyi oyunda, yığmamızın digər qolunu Kənan Səfərov
vurub.
Qeyd edək ki, millimiz daha əvvəl xorvatiyalı həmyaşıdlarını məğlub etmişdi - 2:1.