"2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir. Bu il ölkəmiz üçün maraqlı olacaq. Həm AVRO-2020, həm də Tokio Yay Olimpiya Oyunları keçiriləcək".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün işə başlayan qurumun növbədənkənar Konfransında deyib. O, Azərbaycan idmançılarının xalqımızı sevindirəcəklərinə inam ifadə edib. R.Abdullayev Azərbaycan xalqını Yeni İl münasibətilə təbrik edib.