
İngiltərə
Premyer Liqası klublarından "Sautqempton”un futbolçusu Qraziano Pelle maraqlı
açıqlamaları ilə diqqət çəkib. Sportnet.az-ın məlumatına görə, italiyalı
futbolçu Kriştiano Ronaldodan daha yaraşıqlı olduğunu iddia edib.
Pelle
Hollivud ulduzu Corc Kluninin onu filmə çəkməsini istəyib: "Ronaldo da
yaraşıqlıdı, ama mən ondan boyda biraz hündürəm. Özümü Zlatan İbrahimoviç ilə
müqayisə edirəm. Onun qədər yaxşı olmasam da ama ona bənzəyirəm”.
Mövsümün əvvəlində "Feyenord”dan 10 milyon avroya transfer olunan futbolçunun boyu 1,93 sm-dir. Pelle İngiltərədə 14 oyunda 9 qol vurub.