
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Rusiya yığması ilə qarşılaşan komanda qələbə qazanıb – 4:3. Millinin heyətində Everton Kardosonun dubl etdiyi görüşdə digər qolları Rafael Vilela və İsa Atayev vurub. Milli qrupda son oyununu fevralın 1-də, saat 20:00-da Slovakiya yığmasına qarşı keçirəcək.
-----------------------
Xorvatiyanın Osiek şəhərində təşkil olunan futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin oyunları davam edir.
Sportnet.az-ın məlumatına görə, C qrupunda yer alan Azərbaycan yığması bu gün Rusiya millisi ilə üz-üzə gələcək. "Qradski vrt Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü italiyalı hakimlər - Alessandro Malfer, Angelo Galante və Chiara Perona idarə edəcəklər.
Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına vəsiqə qazanacaq. Qrupları ikinciləri isə "pley-off"da münasibətlərinə aydınlıq gətirəcək. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.
Qeyd edək ki, ilk matçında meydan sahibləri Xorvatiya ilə qarşılaşan Azərbaycan yığması rəqibinə 0:2 hesabı ilə uduzub. Qrupun digər görüşündə Rusiya millisi Slovakiyanı darmadağın edib - 7:1.
DÇ-2020, elit-raund
30 yanvar
20:00. Rusiya - Azərbaycan - 3:4
Hakimlər: Alessandro Malfer, Angelo Galante və Chiara Perona (hamısı İtaliya)