"Demək olar ilk hissədə hər şey nəzarətimizdə idi. Sadəcə, bu dəfə də ilk hissədə son dəqiqələrdə qol buraxdıq. "Zirə" yaxşı komandadı, yaxşı sürətli hücumçuları var. Onlara boşluqlar vermək lazım deyildi, öz səhvlərimizdən bizə qol vurdular".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XV turunda "Zirə"yə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, yeni transferlərin gələcəkdə komandasına kömək edəcəyini bildirib. "Komandanın qol vura bilməməsi təkcə hücum xəttinin deyil, ümumi problemdir. Qol vurmaq üçün daha yaxşı möqve seçmək lazımdır. Bu cəhdimizi etdik, ancaq alınmadı. Xulio Sezar Rodriqes gələcəkdə bizə kömək edəcək. Bizimlə bir məşqə çıxsa da, yaxşı təsir bağışladı. Bu, şahmat deyil ki, fiqurları yerlərini dəyişərək başqa yerə qoyasan. Adaptasiya olmalarına vaxt lazımdır. Həmçinin Yevgeni Koşuka böyük ümidlərimiz var" deyə xorvatiyalı mütəxəssis deyib.
Qeyd edək ki, "Zirə" - "Sabah" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.