
"Səbail” klubunun icraçı direktoru Ramin Həsənov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.
"Report" paytaxt təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, müvəqqəti olaraq klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, Ramin Həsənov Premyer Liqanın digər klubu olan "Sabah"da baş icraçı direktor vəzifəsinə təyin edilib.