 

Almaniya Regional Liqasında XVIII turun oyunları
keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Rüfət
Dadaşovun çıxış etdiyi "Saarbrüken” klubu doğma arenada "Homburq"la
üz-üzə gəlib. 
	
	Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ehtiyat
oyunçular skamyasında əyləşən Dadaşov isə 90-cı dəqiqədə meydana daxil olub və
2 dəqiqə çıxış edib.  
	
	Qeyd edək ki, "Saarbrüken" hazırda 37 xalla turnir cədvəlinin 3-cü
pilləsində qərarlaşıb.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































