
Futbol üzrə Ermənistan milli komandası baş məşqçisi Abraham Xaşmanyan istefaya göndərilib.
Sportnet.az Erməninista Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Yığmanın yeni baş məşqçisinin yaxın vaxtlarda açıqlanacağı vurğulanıb.
Qeyd edək ki, Abraham Xaşmanyan 2019-cu ilin noyabrından milliyə rəhbərlik edib. Onun sözləşməsi bu ilin sonlarında yekunlaşmalı idi.