Qazaxıstanın "Tobol" klubu heyətinə növbəti erməni futbolçu qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kostanay təmsilçisi yerli "Okjetpes" komandasından Armen Hovhannisyanı transfer edib. 26 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Bu, Qriqori Babayanın baş məşqçi təyin olunmasından sonra "Tobol"un 3-cü erməni futbolçu transferidir. Premyer Liqa təmsilçisi Hovhannisyandan öncə Arman Oqanesyan və Petros Avetisyanın keçidini həll edib.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Emil Balayev qış fasiləsində məhz Babayana görə "Tobol"dan ayrılıb.