"Bu gün yenidən irəliləmək şansımız var. Bundan yararlanmaq istəyirik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Aue"nin səfərdə "Osnabrük"ə qarşı keçirəcəyi Almaniya II Bundesliqasının XXIII tur matçı barədə danışarkən deyib. O, komandası üçün mövsümün ağır alınacağını vurğulayıb: "Biz bunu hər zaman vurğulamışıq. Hətta hər şey son oyun günündə də həll oluna bilər".
Qeyd edək ki, hazırda "Aue" 22 oyundan 30 xalla 8-ci pillədədir. Dmitri Nazarovun komandasını autsayderlər zonasından 9, 3-cü pillədən isə 11 xal ayırır. "Osnabrük"lə görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.