"Bütün planetimiz belə bir problemlə üzləşdi. Biz bunun üçün Allaha dua edə bilərik. Hər şey tezliklə bitsin. Virus artıq yer kürəsində olmasın".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Mamadu Kane Premyer Liqanın XIX turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra koronavirus barədə danışarkən deyib.
23 yaşlı qvineyalı yarımmüdafiəçi bildirib ki, məşqlərdən sonra dərhal evə getməyə çalışır: "Çalışıram ki, koronavirusa görə evdən heç çıxmayım. Evdən çıxmağı məhdudlaşdırdım. Çalışıram ki, evdə qalım".