Qvineyada futbol komandasının avtobusu qəzaya uğrayıb.
Sportnet.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, qəza paytaxt Konakridən 250 km məsafədə yerləşən Mamu şəhərininin yaxınlığında baş verib. Hadisə nəticəsində 9 futbolçu ölüb və digər insanların müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qvineya Futbol Liqası məlumatı təsdiqləyib. Bildirilib ki, dünyasını dəyişən oyunçular arasında İngiltərə "Liverpul"unun futbolçusu Nabi Keytanın əmisi oğlu Almi Keyta da var.