UEFA Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Emre Canı cəzalandırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin Fransa PSJ-si ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSJ-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulub.
Qeyd edək ki, "Borussiya" Dortmundakı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.