Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edən futbolçu Aleksandar Priyoviç həbs olunub.
Sportnet.az “Reuters”ə istinadən xəbər verir ki, buna 30 yaşlı hücumçunun ölkəsi Serbiyadakı komendant saatı qaydalarını pozması səbəb olub.
Forvard yerli vaxtla 17:00-da Belqrad otellərindən birindəki restoranda beş nəfərlə içki qəbul edib. Qaydanı pozan bütün şəxslər saxlanılaraq prokurorluğa çağırılıb.
Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif saatlarda küçəyə çıxmağı qadağan edib.