
ABŞ Milli Futbol Liqasının (NFL) sabiq ulduzu Tom Dempsi 74 yaşında koronavirusdan vəfat edib.
Sportnet.az-ın məlumatına görə, Dempsi pandemiyaya Yeni Orleandakı qocalar evində yoluxub. O, son zamanlar Altsgeymer və demensiyadan (yaddaş problemi) da əziyyət çəkirdi.
Qeyd edək ki, Tom Dempsi NFL-in diqqət çəkən rekodlarından birinin uzun müddət müəllifi olub. 8 noyabr 1970-ci ildə o, oyun zamanı 63 yard (57,61 metr) məsafədən qol vurub. Onun rekordunu 2013-cü ildə Mett Preter 1 yard üstələyə bilib.