İtaliyanın “Corriere dello Sport” nəşrinin jurnalisti Alessandro Rialti infarkdan dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, onun ölümünün koronavirusla bağlantısının olmadığı bildirilib. Türkiyəli jurnalist Dündar Keşaplı “Twitter”hesabından xəbəri təsdiqləyib.
Qeyd edək ki, Alessandro Rialti Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimlə İtaliya "Fiorentina"sında çalışdığı vaxt yaxın dost olub. Terim koronavirusa yoluxsa da, sonradan evə buraxılıb.