Almaniyanın "Bayer" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az Leverkuzen komandasının rəsmi saytına istinadən xəbər verir ki, III Bundesliqa təmsilçisi "Kayzerslautern"in qapıçısı Lennart Qrillə 4 illik müqavilə imzalanıb.
21 yaşlı qolkiperin yeni mövsümdən "Bayer"ə qoşulacağı bildirilib.
Qeyd edək ki, L.Qrill Almaniyanın U-21 yığmasının da formasını geyinir.