
Cari mövsümün sonunda Çempionlar Liqası (ÇL) və Avropa Liqasına (AL) vəsiqə qazanan komandaların avrokubokların təsnifat mərhələsində mübarizəyə başlayacaqları tarixlər müəyyənləşib.
Sportnet.az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, bununla bağlı UEFA-nın bu gün quruma üzv olan 55 milli assosiasiya ilə video-konfransında razılıq əldə olunub.
İddia edilir ki, 29 avqusta planlaşdırılan ÇL finalından cəmi 16 gün sonra 2020/2021 mövsümü üçün milli çempionatlar start götürəcək. Avrokuboklarda yeni mövsümün də məhz sentyabrın ortalarında başlayacağı bildirilib. Bu isə o deməkdir ki, Azərbaycan təmsilçiləri həmin tarixdən qitəmiqyaslı oyunlara çıxacaqlar.
Qeyd edək ki, avrokuboklarda ilkin təsnifat mərhələsinin qarşılaşmaları iyunun sonlarında başlamalı idi.