
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasate" klubunun oyunçuları koronavirusa görə testdən keçiblər.
Sportnet.az "5maseldescuento" nəşrinə istinadən xəbər verir ki, testin nəticələri 48 saat ərzində bəlli olacaq.
Oyunçuların bir ay ərzində daha 3 yoxlanışdan keçəcəyi vurğulanıb.
Qeyd edək ki, daha öncə Azərbaycan millisinin digər üzvü Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçuları və əməkdaşları komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəbindən karantinə alınıb.
Eddi İsrafilov 2019-cu ilin avqustundan "Albasete"nin formasını geyinir.