UEFA Çempionlar Liqasında (ÇL) 2019/2020 mövsümünü başa vurmaq üçün yeni təqvim hazırlayır.
Sportnet.az-ın "RMC Sport"a istinadən məlumatına görə, qitə futbol qurumunun nümayəndələri ÇL-də mübarizəni davam etdirən klubların prezidentləri ilə videokonfrans keçirib.
Onlayn iclasda Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus" (İtaliya) və "Lion" (Fransa) arasında keçirilməli olan qarşılaşma da müzakirə olunub. İddiaya görə, görüşün avqustun 8-də oynanılmasına qərar verilib.
Qeyd edək ki, ilk matçda "Lion" doğma meydanda rəqibini 1:0 hesabı ilə məğlub edib.