Belarus
millisinin yeni baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu
posta Kiyev "Dinamo”sunun ikinci heyətinin baş məşqçisi işləmiş Aleksandr
Xaçkeviç gətirilib.
Xaçkeviç
oktyabrın 13-də millidən qovulan Georgiy Kondratyevi əvəzləyib.
Aleksandr Xaçkeviç məşqçilik karyerasına Minsk "Dinamo”sunda başlayıb. Daha sonra Belarusun gənclərdən ibarət millisində, "Vitebsk” klubunda və Ukrayna millisində işləyib. "Dinamo-2”ni isə 2010-cu ildən çalışdırırdı.