"Yuventus" və İtaliya millisinin üzvü Leonardo Bonuççi
"Bavariya”nın onunla maraqlanmasına münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, futbolçu Turin klubunda çıxışını davam etdirəcəyini deyib.
O, bu haqda "Twitter” hesabından məlumat
verib: "Yuventus"da özümü xoşbəxt hiss edirəm. Karyeramı burada davam
etdirmək və titullar qazanmaq istəyirəm".
Qeyd edək ki, münhenlilərdə müdafiəçi baxımdan itkilər var. Holqer Badştuber uzun müddətə sıradan çıxıb, Filipp Lam isə marta qədər oynaya bilməyəcək. Eyni zamanda mərkəz müdafiəçi mövqeyində oynaya bilən Xavi Martinez də əməliyyatdan sonar bərpa prosesini keçir. Buna görə "pivəçilər” yanvarda mütləq müdafiəçi almağı planlaşdırır.