Belarus
Futbol Federasiyasının İcraiyyə Komitəsi ölkə çempionatında legioner limiti ilə bağlı dəyişiklik
edib. Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, İK
legioner limitini 5-dən 4-ə endirib.
Bununla
yanaşı bu mövsüm öz yığmalarının oyunlarının yarısında iştirak edən futbolçular
legioner sayılmayacaq.
Həmçinin
Belarus Futbol Federasiyasının qərarına əsasən növbəti mövsümdən etibarən yüksək
liqada çıxış edən hər bir klubun heyətində meydana ən az iki 1994-cü il doğumlu
futbolçu çıxmalıdır.
Yeniliklər təsdiq olunduqdan sonra 2015-ci il mövsümündən etibarən qüvvəyə minəcək.