Fransa
millisinin keçmiş hücumçusu Tyerri Anri Braziliya ilə yoxlama matçında iştirak edə bilər. Sportnet.az-ın
məlumatına görə, 2015-ci ilin martında keçirilməli olan oyunda futbolçunun
iştirakını komandanın baş məşqçisi Didye Deşam da dəstəkləyib.
Anrinin
millidəki keçmiş həmkarı Zinəddin Zidan və "Arsenal”ın baş məşqçisi Arsen
Venger də futbolçunun Braziliya ilə oyunda çıxış etməsinə dəstək veriblər.
Fransa millisinin baş məşqçisi Didye Deşam bu barədə düşünəcəyini deyib: "Bu təşəbbüs artıq mediada müzakirə mövzusu olub. Tyerri Anri – böyük oyunçudur. O, Fransa və digər futbol tarixlərinin bir hissəsidir. Bu barədə düşünəcəm. Mənə bunu federasiya prezidenti ilə müzakirə etmək üçün bir qədər vaxt lazımdır”.