Braziliyanın
"Santos” klubu Pele ilə ömürlük müqavilə bağlayıb. Sportnet.az-ın məlumatına
görə, klub "Futbol kralı”nın simasından istifadə edərək, bütün məhsulların kommersiyalaşdırılmasında
Pele brendindən yararlanacaq.
Pele
ilə keçmiş klubu arasında 2013-cü ildə razılıq əldə olunub və bu ilin iyun
ayında müqavilənin uzadılması üçün danışıqlar aparılıb.
Keçmiş
futbolçu özü isə bu haqda belə deyib: "Bu klub cavan olanda mənə inanırdı. O
məni hal-hazırda olduğum mövqeyə gətirdi, idmançıya çevirdi. "Santos” – harda
olmağımdan asılı olmayaraq mənimlədi”.
Pele 1956-1974-cü
illər ərzində "Santos”un şərəfini qoruyub.
Qeyd edək ki, Pele hal-hazırda San-Paulu xəstəxanalarından birində yarı-intensiv müalicə keçir. O, noyabrın sonlarında sidik yollarındakı infeksiya səbəbindən xəstəxanaya yerləşdirilmişdir. Əfsanəvi braziliyalının sağlıq durumu yaxşılaşıb və o, öz otağında gəzməyə başlayıb.