Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi
"Fənərbaxça" və "Beşiktaş"ın futbolçularını cəzalandırıb. Sportnet.az-ın məlumatına görə,
Əmrə Belözoğlu 1, Mustafa Pektemek isə 2 oyun diskvalifikasiya olunub.
Futbol qurumu
"Əskişəhərspor"la matçda hakimə nalayiq söz deyən Belözoğluna 13 min
Türkiyə lirəsi məbləğində cərimə də kəsib. 34 yaşlı yarımmüdafiəçinin şərəfini
qoruduğu "Fənərbaxça" isə azarkeşlərin bu mövsüm 2-ci dəfə çirkin
şüarlar səsləndirməsinə görə, 100 min Türkiyə lirəsi ödəməli olacaq.
"Beşiktaş"da forma geyən Mustafa Pektemek isə Superliqanın son turunda "Karabükspor"un futbolçusuna qarşı ciddi kobudluğu səbəbindən 2 oyun cəza alıb.