Ukraynanın "Zarya" klubu "Qəbələ"nin sabiq futbolçusu Vitali Vernidubla müqaviləni uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kapitanla yeni sözləşmə 2022-ci ilin yayınadək nəzərdə tutulub.
33 yaşlı mərkəz müdafiəçisi Luqansk komandasında ilk dəfə 2012 - 2015-ci illərdə çıxış edib. Ardından o, daha 3 ilini "Qəbələ"də keçirib. 2018-ci ilin iyununda isə Vernidub yenidən "Zarya"ya qayıdıb.