"Mançester Yunayted" daha bir
ulduzu heyətinə qatmaq istəyir. Sportnet.az-ın məlumatına görə, söhbət
"Bavariya"nın yarımmüdafiəçisi Aryen Robbendən gedir.
Mankunyanlar sürətli cinah futbolçusu
istədiyi üçün hollandiyalıya maraq salıb. "The Guardian"ın xəbərinə
görə, "qırmızı şeytanlar"ın rəhbərliyi holland futbolçunu qışda
transfer etmək istəyir.
Cari mövsümdə Bundesliqada 9 matçda meydana çıxan Robben 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2009-cu ildən "Bavariya”nın formasını geyir. Aryen 2004-07-ci illərdə digər ingilis nəhəngi "Çelsi”də top qovub.