
"Ayaks”
və "Barselona” klublarının əfsanəsi Yohan Kroyf "Qızıl top” mükafatını maraqsız
hesab edir. Sportnet.az-ın məlumatına görə, Kroyf hər kəsin öz dostuna səs
verdiyini açıqlayıb.
O,
bunu mətbuat üçün bir sirk adlandırıb: "Açığı mənim üçün "Qızıl top” maraqlı
deyil. Bu, media üçün nəzərdə tutulan bir sirkdir. Hansı kriteriyalarla
seçilir? Ən yaxşı? Yoxsa mövsümün ən yaxşısı? Hər kəs öz dostuna səs verir”.
Qeyd edək ki, bu il "Qızıl top”a Kriştiano Ronaldo, Lionel Messi və Manuel Noyer namizəddir.