Fransanın PSJ komandasının futbolçusu Neymarın Braziliyada şəxsiyyət vəsiqəsi oğurlanıb.
Sportnet.az-ın "Globo Esporte"yə istinadən verdiyi məlumata görə, fırıldaqçı koronavirus pandemiyası dövründə dövlət yardımı almaq üçün bu sənəddən yararlanmaq istəyib. "Sambaçı"nın ətrafı xəbər mətbuata sızanadək baş verənlərdən xəbərsiz olub.
Qeyd edək ki, Neymar başa çatdırılan Fransa Liqa 1-də 24 oyuna 18 qol vurub və 9 məhsuldar ötürmə verib.