
Fransanın PSJ klubunun futbolçusu Neymar anası Nadin Qonsalveslə 22 yaşlı sevgilisi Tiaqo Ramosun arasındakı davaya reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, braziliyalı futbolçu "Twitch"də yayımlanan verilişdə 22 yaşlı kiberidmançını təhqir edib.
O, Ramos haqqında homoseksuallar üçün təhqir hesab olunan söz işlədib.
Qeyd edək ki, Nadin Qonsalveslə Tiaqo Ramosun davasına gəncin oğlanlarla münasibət qurması səbəb olub. Cütlük arasındakı son münaqişədən sonra Ramosun qolundakı kəsiklərlə xəstəxanaya müraciət etdiyi və 12 tikiş atıldığı bildirilib.